Abstrakt

“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” HƏSR OLUNMUŞ “SAĞLAMLIQ VƏ TEXNOLOGİYANIN ZİRVƏSİ” - YEKUN BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSIN TEZİSLƏR TOPLUSU

Əsas mətn

6–8 may 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetində keçiriləcək “Sağlamlıq və texnologiyanın zirvəsi” adlı elmi konfrans keçirilmişdir.

 

Müasir dövrdə tibb elminin sürətli inkişafı, innovativ texnologiyaların səhiyyə sahəsinə inteqrasiyası və multidisiplinar yanaşmaların genişlənməsi qlobal səhiyyə sisteminin əsas prioritet istiqamətlərindəndir. Bu baxımdan təşkil olunan konfrans akademik tədqiqatçılar, klinik mütəxəssislər və gənc alimlər üçün elmi fikir mübadiləsi aparmaq, yeni nailiyyətləri paylaşmaq və gələcək əməkdaşlıqlar qurmaq üçün mühüm platforma rolunu oynayırdı.

 

Konfrans çərçivəsində təşkil olunmuş kurslar, panel sessiyaları və elmi müzakirələr iştirakçılara həm nəzəri biliklərini genişləndirmək, həm də praktiki təcrübələrini zənginləşdirmək imkanı yaratdı. Xüsusilə, ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar proqramda yer alan xüsusi panel tibb elmləri ilə şəhərsalma sahələrinin qarşılıqlı əlaqəsini, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində sağlam şəhər konsepsiyasını ön plana çıxardı.

 

Bu konfrans elmi yeniliklərin müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması və səhiyyə sahəsində innovativ yanaşmaların təşviqi baxımından əhəmiyyətli töhfə verdi.

 

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 14.May.2026

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Ümummilli lider Heydər Əliyevin 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş “tibb festivalı”nın tezislər toplusu

Baxılıb: 54