ATUJ Statute (aze)

«Azərbaycan Tibb Universitetinin Jurnalı» elektron jurnalının  ƏSASNAMƏSİ

Sənədi tərtib edən şöbə

Redaksiya

Qeydiyyat nömrəsi

Qüvvəyə minmə tarixi

Qüvvədə olma müddəti

Elmi Tədqiqatların İdarə olunması Departamenti

1-ci

Н/35-13062025

13.06.2025

13.06.2028

Əsasnamənin Bəyənnaməsi

 

 

 

 

Məqsəd

Tibb, səhiyyə sahələrində innovativ elmi və praktik nailiyyətlərin işıqlandırılması. Tibb və səhiyyə işçilərinin elmi və praktik kvalifikasiyasının artırılması.

 

 

 

Fəaliyyət dairəsi

Tibb, səhiyyə sahələrinə aid məqalə, tezis, konfrans materialların nəşr edilməsi.

 

 

 

Mündəricat

  1.  Ümumi müddəalar
  2.  Normativ istinadlar
  3.  Terminlər və əsas anlayışlar
  4.  Redaksiyanın təşkilatı strukturu
  5.  Redaksiyanın siyasəti
  6.  Jurnal haqqında əsas məlumatlar
  7.  Rəylərin verilməsi
  8.  Nömrənin formalaşdırılması qaydası
  9.  Əlçatanlıq Siyasəti
  10. Arxivləşdirmə
  11. Jurnalın yayılması
  12. Nəşr etikasının prinsipləri
  13. Redaksiya heyətinin vəzifələri və hüquqları
  14. Rəyçilərin vəzifələri və hüquqları
  15. Müəlliflərin vəzifələri və hüquqları
  16. Redaksiya heyətinin üzvlərinin vəzifələri və hüquqları
  17. Qeyri-etik davranış
  18. Məqalələrin geri qaytarılması və düzəlişlərin, üzrxahlıqların, təkziblərin dərc edilməsi üçün əsaslar
  19. Yekun müddəalar

 ----------------------------------------------

  1. Ümumi müddəalar

1.1. Bu  Əsasnamə “Azərbaycan Tibb Universitetinin Jurnalı”nın (gələcəkdə Redaksiya adlanacaq)   məqsədi, funksiyaları, hüquq və səlahiyyətlərini, redaksiyanın məsuliyyətini və fəaliyyətinin təşkilini tənzimləyən əsas normativ sənəddir.

1.2. Jurnalın internet saytı https://www.atuj.az.

Redaksiyanın ünvanı: Ənvər Qasımzadə küçəsi,14, AZ1022, Bakı, Azərbaycan Respublikası.

Jurnalın elektron ünvanı: [email protected]

1.3.  Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20.09.2024 tarixli qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər  siyahısına daxil edilmişdir.

1.4. Redaksiya  rektorun birbaşa tabeliyində fəaliyyət  göstərir.

1.5.  Redaksiya öz fəaliyyətində aşağıdakıları rəhbər tutur;

1.6. Maliyyələşmə məsələləri:

Müsbət rəy almış əlyazmaların nəşri ödənişli əsaslarla həyata keçirilir. Əldə olunan vəsait jurnalın saytının saxlanılması və yenilənməsi, məqalələrə beynəlxalq identifikasiya nömrəsinin alınmasına və s. yönəldiləcəkdir. Qəbul olunmuş əlyazmaların nəşrinin qiymətləri Elmi Şuranın təsdiqlədiyi Qiymət tarifinə uyğun həyata keçiriləcək.     

  1. Normativ istinadlar

Bu Əsasnamə aşağıdakı  normativ sənədlər əsasında hazırlanmışdır:

  1. Terminlər və əsas anlayışlar

Müəllif -  aparılan elmi tədqiqatların nəticələri əsasında  hazırlanan elmi məqalənin müəllifi, yaxud həmmüəlliflər;

Elmi məqalə - klinik və eksperimental elmi tədqiqatların  nəticələrini  şərh etmək məqsədilə yekunlaşdırılmış əsər  və уа ümumi mövzular üzrə dərc  edilmiş digər məqаlələriп təhlilinə həsr оluпmuş icmal;

Plagiat -  müəllifini, mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək; 

Baş redaktor - redaksiya kollegiyasının işinə rəhbərlik edən  universitetin rektoru;

Redaksiya kollegiyası - redaksiyanın siyasətini müəyyən edən, elmi məqalələrin dərc edilməzdən əvvəl seçilməsində, hazırlanmasında və qiymətləndirilməsində baş redaktora köməklik göstərən bir qrup nüfuzlu şəxslərdən ibarət məşvərət orqanı;

Redaksiya şurası-  jurnalın elmi istiqamətlərini müəyyən edən, fəaliyyətini planlaşdıran, mübahisəli məqalələrin qəbul, yaxud geri qaytarılmasını həyata keçirən icraedici  məşvərət orqanı;

Rəyçi  -  müəllif materiallarını  elmi ekspertizadan keçirən və nəşrinin mümkünlüyünü müəyyən edən ekspert;

Rəy  -  elmi məqalənin  dərcinin məqsədəuyğunluğunu, jurnalda qoyulan tələblərə cavab verilməsini  müəyyən etmək üçün rəyçi  tərəfindən qiymətlən-dirilmə proseduru;

Məsul katib- jurnal materiallarının  nəşr üçün vaxtında və keyfiyyətlə hazırlanması   işini təşkil  edən , həmçinin jurnalın beynəlxalq məlumat bazalarına daxil olmaq üçün zəruru prosedurları həyata keçirən şəxs.

  1. Redaksiyanın təşkilatı strukturu

Redaksiya  heyəti  Azərbaycan Tibb Universitetinin  tərkibində ictimai əsaslarla fəaliyyət göstərir. 

Redaksiyanın tərkibi  baş redaktordan, baş redaktorun müavinlərindən, elmi redaktordan, məsul katibdən, redaksiya kollegiyasından, redaksiya şurasından ibarətdir.

Redaksiyada  daxili vəzifələrə təyin və azad olunma, vəzifə bölgüsü rektor tərəfindən təsdiq edilən vəzifə təlimatları  ilə müəyyən edilir. Redaksiya kollegiyası və redaksiya şurasının tərkibi  rektorun əmri ilə təsdiq edilir.

Redaksiya kollegiyası - jurnalın strategiyasını, tibb və səhiyyədə əsas  tendensiyaları proqnozlaşdıran məşvərətçi orqandır.   Redaksiya kollegiyası  ictimai xadimlərdən, tanınmış mütəxəssislərdən ibarət olur.

Redaksiya kollegiyası və şurasının sədri - jurnalın baş redaktoru Universitetin rektorudur. Baş redaktor iclaslarda iştirak etmədiyi halda, iclasları baş redaktorun müavinlərdən biri aparır.

Redaksiya şurasının sədri redaksiyanın  fəaliyyəti və jurnalın yayılması üçün zəruri şəraiti təmin etmək səlahiyyətinə malikdir.Redaksiya şurası - jurnalın analoji nəşrlər arasında lider mövqeyini  təmin edən daimi  fəaliyyət göstərən idarəetmə orqanıdır.

5. Redaksiyanın siyasəti

5.1. Redaksiyanın əsas məqsədi:·       

Tibb elminin və səhiyyənin inkişafına töhfə verən, praktiki əhəmiyyət daşıyan tədqiqatların yayılması.

5.2. Redaksiyanın qarşısında duran məsələlər:- Səhiyyə  və tibb sahəsində yeni elmi nəticələri işıqlandırmaq.

6. Jurnal haqqında əsas məlumatlar

6.1. “Azərbaycan  Tibb Universitetinin Jurnalı” nəşrinin təsisçisi  Azərbaycan Tibb Universitetidir.

6.2. Jurnal  Azərbaycan Respublikası Ədliyyə Nazirliyində   10 iyun 2020-ci ildə Mətbu nəşr­lə­rin reyestrinə daxil edilmişdir ( № 4303).

6.3. "Azərbaycan  Tibb Universitetinin Jurnalı” ildə 2 dəfə nəşr olunur.  Jurnalın identifikasiya nömrəsi  İSSN 2788-9807.

6.4. Jurnal azərbaycan, rus və ingilis dillərində  nəşr edilir.

6.5. Jurnalın nömrələnməsi davamlıdır, yarandığı tarixdən (2019-cu il) ardıcıldır. Hər nömrəsinin buraxılış nömrəsi  qeyd olunur.

6.6. Jurnal tibbin və səhiyyənin əsas istiqamətləri üzrə nəşr olunur, sahələrin siyahısı jurnalın redaksiya heyəti tərəfindən müəyyən edilir.

6.7. Jurnalda aşağıdakı bölmələr üzrə  məqalələr yerləşdirilir: orijinal  məqalələr, icmal, klinik hal, klinik protokol, radioloji klinik hal, redaktora məktub, redaktordan, təbabət tarixi, tezis, beynəlxalq konfrans.  Bir sıra hallarda baş redaktorun qərarı əsasında tibbi konfransların elmi əsərlərinin məcmusu ayrıca  elektron jurnal şəklində nəşr edilə bilər.6.8. Jurnal  beynəlxalq  təşkilatlar (WAME,COPE) və Helsinki deklarasiyası  tərəfindən formalaşdırılan prinsipləri dəstəkləyir və istifadə edir.

7. Rəylərin verilməsi           

Redaksiyaya təqdim edilən əlyazmalar rəyçilər tərəfindən  iki tərəfli “anonim“ rəyçilik prinsipi əsasında dəyərləndirildikdən sonra onların dərc edilib-edilməməsinə qərar verilir. Rəyçilər qismində elmi dərəcəsi olan şəxslər (redaksiya heyətinin üzvləri və ya xarici rəyçilər) və ya təqdim olunan materiallar mövzusuna və məzmununa uyğun  sahədə aparıcı mütəxəssislər cəlb edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Əlyazmanın müəllifi (həmmüəllif) rəyçi  ola bilməz.8.Nömrənin formalaşdırılması qaydası

8.1. Jurnalın hər bir nömrəsi  məqalələrin qəbul edilməsi, resenziyalaşdırılması və redaktə edilməsi müddətinə müvafiq olaraq formalaşdırılır.

8.2. Nömrənin formalaşdırılması  zamanı aşağıdakılar nəzərə alınır:

  1. əcnəbi müəlliflərin məqalələrin və xarici dildə məqalələrin olması;
  2. jurnalın hər bir nömrəsində universitetə aiddiyəti olmayan müəlliflərin elmi məqalələrin olması.
  3. Əlçatanlıq Siyasəti

9.1. Jurnal açıq çıxış siyasətinə riayət edir. Bu məqsədlə jurnal:

9.2. Jurnalın hər nömrəsi elektron formatda www.atuj.az səhifəsində yerləşdirilir. Saytda  nəşrin təsisçisi, redaksiya heyətinin tərkibi, redaksiya siyasəti, jurnalın məqsədi və tematik istiqamətləri, məqalələrin növü və resenziyalaşdırma  qaydası, hər bir məqalə üçün DOI haqqında məlumatlar dərc olunur.

9.3. Jurnalın elektron formatda dərc olunması elmi məlumatların yayılmasına və oxucu auditoriyasının genişlənməsinə kömək edir. İstifadəçilər məqalələrin mətnlərini ödənişsiz oxuya, yükləyə bilər, lakin materialları yenidən  çap edərkən jurnala istinad tələb olunur.10. Jurnalın yayılması  Jurnal xarici istinad sistemlərində yayıla bilər.

11. Arxivləşdirmə

11.1. Jurnal digər müəlliflərin məqalələrinin axtarışını və istinadını yaxşılaşdırmaq üçün açıq arxiv siyasətinə riayət edir. Keçmiş buraxılışların elektron versiyaları jurnalın internet saytında pulsuz istifadə üçün arxivləşdirilir.

12. Nəşr etikasının prinsipləri

12.1. Müəlliflik və həmmüəlliflik. Bütün müəlliflər və həmmüəlliflər müəlliflik meyarlarına cavab verməli və əlyazmalarında müəllifliyi düzgün göstərməlidirlər. Müəlliflər işlərinə töhfələrini aydın şəkildə ifadə etməyə təşviq olunurlar.

12.2. Orijinallıq. Müəlliflər təqdim olunan əlyazmanın ilkin olaraq onlar tərəfindən yazıldığından əmin olmalıdırlar. Əsər əvvəllər nəşr edilməmiş və ya başqa yerdə dərc olunmaq üçün nəzərdə tutulmamalıdır. Əgər başqalarının işi və/yaxud sözləri daxil edilərsə, onlara müvafiq qaydada istinad edilməlidir. Əlyazmanın plagiat olub olmaması xüsusi proqramlar ilə yoxlanılacaq.

12.3. Məlumata giriş və sitat: Müəlliflərdən redaksiya baxışı üçün məqalə ilə bağlı ilkin məlumatları təqdim etmələri tələb oluna bilər. Onlar həmçinin belə məlumatlara ictimai çıxışı təmin etməyə hazır olmalıdırlar. Məlumatlar məqalələrə, kitablara və vebsaytlara olan keçidlərlə eyni şəkildə göstərilməlidir və müəlliflər öz biblioqrafiyasının bir hissəsi kimi məlumat sitatlarını daxil etməlidirlər. 

12.4. Mənbələrin təsdiqi: Müəlliflər əlyazmada başqaları tərəfindən verilmiş hər hansı bir işi düzgün şəkildə etiraf etməlidirlər. 

12.5. Müəllifin razılığı olmadan tədqiqat məlumatlarının açıqlanmasına və ya şəxsi məqsədlər üçün istifadəsinə mane olan müəllifin əqli mülkiyyət hüququna hörmət edilməlidir.

12.6. Əlyazma materialların  resenziyalaşdırması zamanı məxfilik və anonimlik təmin olunmalıdır.

12.7. Bəyannamə və Maraqların Toqquşması: Bütün ərizələrə potensial maraqlar toqquşmasını təmsil edən bütün münasibətlərin açıqlanması daxil edilməlidir.

12.8.  Hesabat Standartları: Orijinal tədqiqat işlərinin müəllifləri yerinə yetirilən işin dəqiq hesabatını, habelə onun əhəmiyyətinin obyektiv müzakirəsini təqdim etməlidirlər.

12.9. İnsan və Heyvan Hüquqları: İnsan eksperimentini əhatə edən tədqiqatlar üçün, prosedurların insan təcrübələri üzrə məsul komitənin (institusional və milli) etik standartlarına uyğun olaraq yerinə yetirildiyini göstərmək üçün uyğunluq bəyannaməsi tələb olunur. Heyvanları əhatə edən eksperimentləri bildirən tədqiqatlar üçün müəlliflərdən laboratoriya heyvanlarına qulluq və istifadə üçün institusional və/yaxud milli təlimatlara əməl edilib-edilmədiyini bildirmələri xahiş olunur.

12.10. Tədqiqat Etikası. Klinik sınaqlar yerli və beynəlxalq standartlara uyğun olaraq klinik sınaq reyestrlərində qeydə alınmalıdır.12.11. Müəlliflərin Etik Bəyannaməsi: Müəlliflər işin hər hansı bir hissəsinin dəqiqliyi və ya bütövlüyü ilə bağlı məsələlərin lazımi qaydada həll olunmasını təmin edərək, işlərinin bütün aspektlərinə (məlumatlara tam giriş, məlumatların bütövlüyü və məlumatların təhlilinin dəqiqliyi daxil olmaqla) məsuliyyət daşıyırlar.

  1. Redaksiya heyətinin vəzifələri və hüquqları

13.1. Jurnalın redaksiya heyəti səlahiyyətləri daxilində yaranan risklərə görə məsuliyyət daşıyır.

13.2. Redaksiya heyəti Azərbaycan Respublikasının antikorrupsiya idarəetmə sistemi, korrupsiyaya qarşı mübarizə siyasətinə riayət olunmasına, maraqlar toqquşmasının həlli qaydalarının, daxili normativ sənədlərin və Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə əməl olunmasına görə məsuliyyət daşıyır.

  1. Rəyçilərin vəzifələri və hüquqları

14.1. Rəyçi işə başlamazdan əvvəl üzərinə düşən öhdəliklərlə  tanış olmalıdır.

14.2. Rəyçi aşağıdakı qaydalara əməl olunmasına görə məsuliyyət daşıyır:

1) Müəlliflik hüququ ilə bağlı materialların məxfi elmi ekspertizasını həyata keçirmək və tədqiqatın nəticələrinin dərc edilməsinin mümkünlüyü barədə qərar qəbul etmək.

2) Əgər bunun üçün kifayət qədər ixtisas bilikləri yoxdursa və ya müəyyən edilmiş vaxt çərçivəsində əlyazmaya baxış təqdim edə bilmirsə və əlyazma materiallarının qavranılmasına və inteqrasiyasına təsir edən açıq-aydın maraqlar toqquşması varsa, rəy verməkdən imtina etmək. Əlyazmanın nəzərdən keçirilməsinin nəticələrinə əsasən rəyçi məqalənin sonrakı taleyi ilə bağlı tövsiyələr vermək (rəyçinin hər bir qərarı əsaslandırılmalıdır).

3) Müəllif tərəfindən aparılan tədqiqatın nəticələrinin aktuallığına, elmi əhəmiyyətinə, etibarlılığına və yeniliyinə əsaslanaraq rəyin maksimum obyektivliyinə zəmanət vermək. Müəllifə şəxsi münasibətdən və ya hər hansı digər səbəblərdən irəli gələn subyektiv xarakterli hər hansı tənqidi şərhlər qəbuledilməzdir.4) Bütün mümkün maraq toqquşmalarını  haqqında məlumat vermək.

5) Əlyazmanın surətlərini saxlamamaq  və onun materiallarını başqa şəxslərə verməmək. Bundan əlavə,  resenziyalı əlyazmada təqdim olunan məlumatı müəllifin razılığı olmadan dərc olunmazdan əvvəl öz tədqiqatında istifadə etməmək.

6) Nəzərdən keçirilən materialın təqdimatının aydınlığını və orada əvvəllər dərc edilmiş əsərlərdən istifadə edilmiş bütün məlumatlara istinadların olub-olmadığını yoxlamaq.

7) Müəllifin tədqiqatlarının obyektivliyini və qanuniliyini nəzərdən keçirilən əlyazma ilə bağlı gəldiyi nəticəni  əsaslandırmaq.

8) Resenziyalaşdırılan əlyazmanın əvvəllər dərc olunmuş məqalələrlə əhəmiyyətli oxşarlıqları (plagiat halları)  varsa, redaksiya şurasının üzvlərinə bu barədə məlumat vermək.

15. Müəlliflərin vəzifələri və hüquqları 

15.1. Müəlliflər görülən işin etibarlı nəticələrini müzakirəyə təqdim etməlidirlər. İşin əsasını təşkil edən məlumatlar səhvsiz təqdim edilməlidir.  Yanlış və ya  səhv məlumatlar qəbuledilməzdir.

15.2. Elmi xülasə  və məqalələr dəqiq və obyektiv olmalıdır.

15.3. Əlyazma ilə əlaqəli tədqiqatın ilkin  məlumatları redaksiya şurası tərəfindən  müəlliflərdən tələb oluna bilər. Müəlliflər bu tip məlumatların  redaksiya şurası üçün əlçatan olmasını təmin etməlidirlər.

15.4. İnsanlar üzərində aparılan eksperimental tədqiqatların nəticələrini bildirərkən müəlliflər həyata keçirilən prosedurların Helsinki Bəyannaməsində müəyyən edilmiş etik standartlara uyğun olub-olmadığını göstərməlidirlər. Tədqiqat Bəyannamənin prinsipləri nəzərə alınmadan aparılıbsa, müəlliflər tədqiqata seçilmiş yanaşmanı əsaslandırmalı və tədqiqatın aparıldığı qurumun etik komitəsinin razılığını almalıdır.

16. Redaksiya  heyətinin üzvlərinin vəzifələri və hüquqları 

16.1. Redaksiya şurası araşdırma zamanı pozuntunun baş verdiyi məqalələrin aşkarlanması və dərcinin qarşısının alınması üçün əsaslı addımlar atmalıdır.

16.2. Redaksiya şurası bu cür pozuntulara bilərəkdən yol verməməlidir.

16.3. Redaksiya heyətinin üzvü  elmi araşdırma zamanı yol verilmiş pozuntu ilə bağlı hər hansı  fakt  aşkar etdikdə, bu fakt və ya iddia  redaksiya şurası tərəfindən müvafiq qaydada nəzərdən keçirilməlidir.

16.4. Redaksiya şurası lazım gəldikdə düzəlişləri, təkzibləri dərc etməyə həmişə hazır olmalıdır.

17. Qeyri-etik davranış

17.1. Qeyri-etik davranış - müəlliflərin öz məqalələrinə öncədən danışılmış psevdo-resenziyalar təqdim etmələri, digər bir elm adamına məxsus tədqiqat nəticələrinin istinad göstərmədən özününkü kimi təqdim etmək; müəlliflərin siyahısının saxtalaşdırılması, psevdoelmi mətnlərin dərc edilməsi,  hazır elmi məqalələrin alın-ması üçün xüsusi agentliklərə müraciət etmək, müəlliflərin razılığı olmadan məqalə mətnlərinin başqa jurnallara ötürülməsi, müəlliflərin materiallarının üçüncü şəxslərə verilməsi, müəlliflik hüququnun və redaksiya prosesinin məxfilik prinsipinin pozul-ması, sitatların manipulyasiyası, plagiat, saxtakarlıq və uydurma.

18. Məqalələrin geri  qaytarılması və düzəlişlərin , üzrxahlıqların, təkziblərin dərc edilməsi üçün əsaslar

18.1. Jurnalın redaksiya heyəti məqaləni geri qaytarmaq hüququna malikdir.

18.2. Məqalələrin geri qaytarılması üçün əsaslar: 1) hər hansı formada plagiat, o cümlədən istinad göstərmədən, başqalarının tədqiqatının nəticələrinin mənimsənilməsi, habelə məqalənin və ya onun əhəmiyyətli hissəsinin artıq dərc olunmuş materialdan tərcüməsi; 2) məqalədə onun elmi dəyərinə şübhə yaradan ciddi səhvlərin (nəticələrin  yanlış interpretasiyası) aşkar edilməsi; 3) məqalədəki məlumatların saxtalaşdırılması, uydurma və ya ədalətsiz manipulyasiyasının aşkar edilməsi; 4) müəlliflərin səhv siyahısı (tədqiqata mühüm töhfə vermiş şəxslərin müəlliflərin siyahısında qeyd  edilməməsi, tədqiqatda və/və ya əlyazmanın hazırlanmasında iştirak etməyən şəxslərin qeyd  edilməsi); 5) müəllif və rəyçilər arasında gizli maraqların toqquşması (və nəşr etikasının digər pozuntuları); 6) müəlliflərin jurnalın redaksiya heyətinə məqalənin geri götürülməsi üçün yazılı müraciəti; 7) başqa nəşrin redaksiyası və ya digər şəxslər  tərəfindən qeyri-etik  davranışın olması barədə sübutunm təqdim etməsi; 8) redaksiya şurası   məqalənin  geri qaytarılma səbəbini əsaslandırır.

18.3. Məqalənin geri qaytarılma proseduru: 1) Ərizə qəbul edildikdən sonra redaksiya heyəti məlumatları yoxlamaq üçün komissiya təyin edir. 2) Redaksiya Şurasının iclasında  müraciətə baxılır və müvafiq qərar qəbul olunur.3) Növbəti nömrədə məqalədə buraxılmış səhv qeyd olunaraq, yeni versiyada dərc olunur.4) Redaksiya heyəti geri qaytarılmış məqalənin müəllifi ilə gələcək əməkdaşlıq barədə qərar qəbul etmək hüququnu özündə saxlayır.

18.4. Düzəlişlər, üzrxahlıqlar, təkziblər           

Müəllif nəşrdə əhəmiyyətli səhvlər və ya qeyri-dəqiqliklər aşkar edərsə,  onların aradan qaldırılması üçün  Redaksiya Şurasını məlumatlandırmalıdır. Redaksiya Şurası məqalələrdə əhəmiyyətli səhvlərin olması barədə üçüncü şəxslərdən əsaslandırılmış məlumat aldıqda,  məqaləni qəbul etməməli və bu halda müəllif səhvləri  aradan qaldırmağa və ya  sübut təqdim etməklə təkzib verməyə borcludur.

18.5. Dərc edilmiş məqaləyə düzəlişlər etmək üçün əsaslar: 1) nəşrlərin kiçik bir hissəsini etibarsız edən səhvin aşkar edilməsi; 2) müəlliflər siyahısındakı səhvlər;3) məqalənin kiçik bir hissəsinin plagiatının aşkar edilməsi.

19. Yekun müddəalar

19.1. Bu Əsasnamə Universitetin Elmi Şurasında təsdiq edilir.

19.2. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Universitetin Elmi Şurasının qərarı əsasında rektorun əmri ilə icra edilir.

19.3. Jurnalın redaksiya heyətinin tərkibi  rektorun əmri ilə  təsdiq edilir.