Abstrakt

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Tibb Universiteti tərəfindən genişmiqyaslı tədbirlər təşkil edilir. Bunların sırasında Tibbin Aktual Problemlərinə dair Beynəlxalq Elmi-praktiki Konqres və onun çərçivəsində sahəvi konfranslar və simpoziumlar keçirilmişdr.

Əsas mətn

Həyata keçirilən konqresin tibb elm adamları, müxtəlif ixtisasların mütəxəssisləri, həkim, rezidentlər, tibb təhsili alan tələbələr üçün nəzəri və praktik əhəmiyyət daşıyacağı şübhəsizdir. Təşkilat komitəsi günümüzdə elmi və praktik ehtiyacların ödənməsi üçün müasir texnologiyaları, müalicə metodlarını, yanaşmaları müzakirə etməyi qarşıya məqsəd qoyub. Bunun üçün konqresdə təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında tibb alimləri və mütəxəssislər tərəfindən elmi məruzələr təqdim olunacaq”.

Konqresdə, həmçinin Səhiyyə Nazirliyinin nümayəndəsi, Yeditepe Universiteti Süni Mayalanma Mərkəzi, Qadın xəstəlikləri və Doğum kafedrasının müdiri professor Erkut Attar, Harran Universiteti Tibb Fakültəsi Ümumi Cərrahiyyə və Cərrahi Onkologiya kafedrasının müdiri, Türk Cərrahi Dərnəyinin həmsədri professor Ali Uzunköy, Memorial Ankara Xəstəxanası, Orqan Transplantasiyası şöbəsinin müdiri professor Acar Tüzüner, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin baş neyrocərrahı, Neyrocərrahiyyə Mərkəzinin direktoru professor Qayrat Kariev və digərləri çıxış ediblər. Onlar qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə görülən işlər arasında səhiyyə infrastrukturlarının təkmilləşdirilməsi, səhiyyə işçilərinin ixtisaslaşması, müasir texnologiyaların tətbiqi və vətəndaşların sağlamlıq xidmətlərinə bərabər çıxışının təmin edilməsi kimi tədbirlər yer alır.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 14.Jul.2023

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Professor Tamerlan Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Təbabətin Aktual Problemləri Beynəlxalq Konqresi

Baxılıb: 305