Abstract
Aim of study: To investigate the course of pregnancy in postpartum women with postpartum depression against the background of schizoaffective and neurological disorders. Clinical material and research methods: A retrospective study was conducted on the medical records of 22 postpartum women with postpartum depression who were receiving treatment in the psychiatric department of the 3rd Clinical Hospital in Baku. The average age of the women was 25.74±1.1 years (range: 18–43 years). Results: In 100% of postpartum women with depression on the background of schizoaffective and neurological disorders, chronic stress syndrome and fatigue were observed. Anxiety was present in 90.9% of cases, fear for the health of the fetus in 81.8%, panic attacks in 77.3%, insomnia in 68.2%, risk of premature birth in 59.1%, threat of miscarriage in 54.5%, and distraction in 50%. The study revealed that a history of schizoaffective and neurological disorders in postpartum women is a significant risk factor for developing postpartum depression.
Cover Letter
Giriş. Ümümdünya xəstəliklər təsnifatına görə bir neçə gün müddətində eyni zamanda şizofrenik və affektiv simptomatika ilə özünü biruzə verən epizodik psixi pozulmalar şizoaffektiv pozulmalar adlanır. Bu tutmalar nə şizofreniya, nə də manyakal depressiv pozulmaların kriteriyalarına aid deyil [1,2].
Qeyd etmək lazımdır ki, bu günə qədər şizoaffektiv pozulmaların (ŞAP) epidemiologiyası, etiologiyası, gedişat xüsusiyyətləri, müalicəsi haqqında elmi məlumatlar azdır və tərs mütənasibdir. Bu günə qədər şizoaffektiv pozulmaları şizofreniya və bipolyar pozulmalardan ayrı olan müstəqil diaqnostik vahid kimi qəbul etmək haqqında müzakirələr gedir [2].
Şizoaffektiv pozulmaların klinikası hallüsinasiya, sayıqlama, düşünmə qabiliyyətinin pozulması kimi psixotik simptomlarla, depressiv və ya manyakal epizodlarla affektiv simptomların kombinasiyası ilə özünü biruzə verir [3,4].
Aparılan tədqiqatlara əsasən müəyyən edilib ki, şizoaffektiv pristupların inkişafında stress amili mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu psixi patologiyanın əsasında çoxsaylı genetik dəyişikliklər durur [5,6,7,8].
Ədəbiyyat məlumatlarına görə şizoaffektiv (ŞAP) pozulmaların tezliyi 0,5-0,8% arasında tərəddüd edir [3,9,10]. Bəzi inkişaf etmiş Avropa ölkələrində bu göstərici 16-19%-ə qədər çatır [4,11].
Müasir şəraitində XBT-10-nun “şizofreniya, şizotipik, sayıqlama pozulmaları” bölməsində müstəqil olaraq “şizoaffektiv pozulmalar” qeyd edilir (F-25). Təsnifata görə ŞAP manyakal (F-25.0), depressiv (F-25.1) və qarışıq (F-25.2) tiplərə bölünür.
Бобров Е.Г. и соавт. [11] tədqiqatlarına görə şizoaffektiv pozulmaların depressiv variantının rastgəlmə tezliyi 47,9%-dir. Elmi tədqiqatlara əsasən depressiv ŞAP ağırlıq dərəcəsinə görə yüngül, mülayim və ağır dərəcələrə bölünür. Yüngül dərəcəli depressiv epizodların rastgəlmə tezliyi – 16,6%, mülayim – 8,8%, ağır depressiv epizodlar isə - 12,5% qeyd edilir. Klinikada 10,4%-də depressiv epizodların subdiaqnostik əlamətləri müşahidə edilir. ŞAP əksər hallarda qadınlarda rast gəlinir [11,12].
Qeyd etmək lazımdır ki, ŞAP fonunda ZDD olan qadınlarda hamiləliyin gedişat xüsusiyyətləri öyrənilməyib. Problemin aktuallığını nəzərə alaraq hazırki tədqiqatın məqsədi təyin edilib.
Tədqiqatın məqsədi. Şizoaffektiv və nevroloji pozulmalar fonunda ZDD olan qadınlarda hamiləliyin gedişat xüsusiyyətləri.
Kliniki material və müayinə metodları. Məqsədə uyğun olaraq 22 müxtəlif şizoaffektiv pozulmalar fonunda ZD-nin ağır dərəcəli depressiyası olan qadınların xəstəlik tarixləri təhlil edilmişdir. Qadınlar 3 saylı şəhər klinik xəstəxanasının psixiatriya şöbəsində müalicə alıblar və onların xəstəlik tarixləri təhlil edilmişdir. Zahı qadınların orta yaşı 25,74±1,1 (18-43) yaş olmuşdur. Retrospektiv müayinəyə görə zahı qadınların somatik anamnezi öyrənilmişdir. Alınan nəticələr cədvəldə təqdim edilmişdir.
Cədvəldən göründüyü kimi, psixiki pozulmalar fonunda ağır dərəcəli depressiya olan zahı qadınlarda 26,1% tezliklə uşaq infeksion xəstəliklər, 17,4% - tezliklə KRVİ, 13,9% tezliklə hiperosid qastrit, 15,6% tezliklə psixiki xəstəliklər qeyd olunur, o cümlədən şizofrenik pozulmalar 5,2% tezliklə, dissosiativ konversion pozulmalar 3,2%, şizofreniyanın müxtəlif formaları 5,2%, epilepsiya 3,5% tezliklə somatoform nevrotik pozuntular 1,7% tezliklə qeyd edilir.
Alınan nəticələr statistik işləməyə məruz qalmışdır. Qrup göstəriciləri variasiya sırasında yerləşdirilmişdir. Hər qrup üçün orta qiymət (M), orta qiymətin orta kvadratik meyli (λ2), onun standart xətası (Se), eyni zamanda sıraların minimal (min) və maksimal (max) qiymətləri müəyyən olunmuşdur. Statistik işləmə orta qiymətin parametrik və qeyri-parametrik üsullarla hesablanması üçün nəzərdə tutulmuş “Statgraph” proqramı tətbiq etməklə aparılmışdır.
Tədqiqatın nəticələr və müzakirəsi. Aparılan tədqiqata 22 müxtəlif şizoaffektiv pozulmalar fonunda Bakı şəhəri 3 saylı klinik xəstəxanasının psixiatriya şöbəsində müayinə və müalicə alan qadınların xəstəlik tarixləri təhlil edilmişdir. Bu qadınların anamnezi, keçirdikləri xəstəliklər, reproduktiv funksiyanın xüsusiyyətləri, hazırki və doğuşun gedişatı öyrənilmişdir. Təyin edilmişdir ki, 22 xəstənin 14-ü (63,3%) ilk hamiləlik 18-də isə (36,4%) təkrar hamiləlik olmuşdur.
Retrospektiv tədqiqatda daxil olan qadınların anamnezini təhlil edərkən müəyyən edimişdir ki, 22 xəstənin 6-da (27,3%) ŞAP, 6-da (27,3%) müxtəlif formalı şizofreniya, 4-də (18,2%) dissosiativ-konversion pozuntu, 2-də (9,1%) somatik-nevrotik pozulmalar, 4-də (18,2%) epilepsiya, 2-də isə (9,1%) baş-beyin travmaları fonunda psixoloji durumun pozulmaları qeyd edilmişdir.
Retrospektiv materiala müxtəlif tezliklə rast gələn şizoaffektiv pozulmalar fonunda ZDD olan daxil edilmişdir.
Bu qadınlarda hamiləliyin gedişat xüsusiyyətlərinə görə:
- Erkən toksikoz 6 (27,3%);
- Qorxulu düşük 12 (54,5%);
- Vaxtından əvvəl doğuş təhlükəsi 13 (59%);
- Dölün bətndaxili xroniki hipoksiyası 8 (36,3%);
- Normal yerləşən ciftin vaxtından əvvəl ayrılması 3 (13,6%);
- Preeklampsiya (yüngül və orta dərəcəli) 8 (36,3%);
- Epileptik qıcolmalar, antikonvulsiv preparatların qəbulu 4 (18,2%);
- Hamiləlik müddətində dölün sağlamlığı ilə bağlı qorxu hissi 18 (81,8%);
- Panik ataklar 17(23,3%);
- Hamiləlik müddətində generalizə olunmuş həyəcan hissi 20 (90,9%);
- Xroniki stress vəziyyəti 22 (100%);
- Arada bir özünü biruzə verən aqressiya 5 (22,7%);
- Ağlağanlıq 9 (40,9%);
- Yuxusuzluq 15 (68,2%);
- Hestasion hipertenziya 3 (13,6%);
- Həkim tərəfindən təyin olunan müalicəyə şübhə hissi 4 (18,2%);
- Simptomsuz bakteriuriya 6 (27,3%);
- Hestasion piolonefrit 3 (13,6%);
- Hamiləlik müddətində tez-tez yaranan yorğunluq hissi 22 (100%);
- Diqqət yayınıqlığı 11 (50%);
- Tormozlanma 5 (22,7%);
- Düşüncə pozğunluğu 3 (13,6%);
- Epizodik olaraq görmə və iybilmə ilə bağlı hallüsinasiyalar 2 (9,1%);
- Əslində olmayan hadisələrlə bağlı sayıqlamalar 5 (22,7%);
- Pis xəbər eşitmə ehtimalının qorxusu 7 (31,8%);
- Hipomaniya (yüngül dərəcəli maniya) 3 (13,6%).
Aparılan tədqiqat nəticəsində təyin edilmişdir ki, 22 şizoaffektiv pozulmalar fonunda ZDD olan qadınların hamiləlik müddətində hamısında xroniki stress sindromu (100%), tez-tez yaranan yorğunluq hissi (100%) qeyd edilmişdir.
Eyni zamanda 22 xəstənin 20-də (90,9%) generəlizə olunmuş həyəcan hissi, 18-də (81,8%) dölün sağlamlığı ilə bağlı qorxu hissi, 17-də (77,3%) panik ataklar, 15-də (68,2%) yuxusuzluq, 13-də (59,1%) vaxtından əvvəl doğuş təhlükəsi, 12-də (54,5%) qorxulu düşük, 11-də (50%) diqqət yayınılığı təyin edilmişdir.
Beləliklə, şizoaffektiv və nevroloji pozulmalar fonunda ZDD olan qadınlarda hamiləlik müddətində xroniki stress sindromu, tez-tez yaranan yorğunluq hissi, generəlizə olunmuş həyəcan hissi, dölün sağlamlığı ilə bağlı qorxu hissi, panik ataklar, yuxusuzluq, vaxtından əvvəl doğuş təhlükəsi, qorxulu düşük, diqqət yayınıqlığı təyin olmuşdur.
Aparılan tədqiqat nəticəsində təyin edilmişdir ki, anamnezində şizoaffektiv pozulmaları ZDD-nın ehtimalını artırır və yüksək risk amili kimi qiymətləndirilə bilər.
Figures
Keywords
References
1. Abrams D.J., Rojas D.C., Arciniegas D.B. Is schizoaffective disorder a distinet categorical diagnosis? A critical review of the literature // Neuropsychiatr. Dis. Treat., 2008, №4, p.1089-1109.
2. Шашкова Н.Г., Сальникова Л.И., Кирьянова Е.М. Шизоаффективное расстройство: современное состояние вопроса // Социальная и клиническая психиатрия. Москва, 2022, т.32, №3, с.63-72.
3. Malaspina D., Owen M.J., Heckers S. Schizoaffective disorder in the DSM-5 // Schizophr. Res., 2013.
4. Wilson J.E., Nian H., Heckers S. The schizoaffective disorder diagnosis: a conundrum in the clinical setting // Eur. Arch. Psychiatry. Clin.Neurosci., 2014, vol.264, p.29-34.
5. Horsch A., Garthus-Niegel S., Ayers S., Chandra P. Childbirth-related posttraumatic stress disorder: definition, risk factors, pathophysiology, diagnosis, prevention, and treatment // Am.J.Obstetrics and Gynecology, 2024, p.1116-1127.
6. Heyne C.S., Kazmierozak M., Souday R. Prevalence and risk factors of birth-related posttraumatic stress among parents: a comparative systematic review and meta-analysis // Clin Psychol Rev, 2022, №94, p.102-157.
7. Shiva L., Desai G., Satyanarayana V.A., Venkataram P., Chandra P.S. Negative childbirth experience and post-traumatic stress disorder – a study among postpartum women in south India // Front Psychiatry, 2021, 12, p.640014.
8. Dekel S., Ein-Dor T., Dishy G.A., Mayopoulos P.A. Beyond postpartum depression posttraumatic stress-depressive response following childbirth // Arch Womens Ment Health, 2020, №22, p.557-564.
9. Madre M., Canales-Rodriguez E.J., Ortiz-Gil J., Murru A., Torrent C. Neuropsychological and neuroimaging underpinnings of schizoaffective disorder: a systematic review // Acta Psychiatr. Scand, 2016, vol.134, №1, p.16-30.
10. Parker D.A., Hamm J.P., Mc Dowell J.E., Keedy S.K. Gershon E.S. Auditory steady-state EEG response across theschizo-bipolar spectrum // Schizophr. Res., 2019, №4, p.14.
11. Бобров А.С., Рожкова М.Ю., Рожкова Н.Ю. Депрессивное шизоаффективное расстройство (типология манифестных приступов) // Журнад неврологии и психатрии, 2013, №3, с.15-20.
12. Salamon S., Santelmann H., Franklin J., Baethge C. Test-retest reliability of the diagnosis of schizoaffective disorder in childhood and adolescence – A systematic review and meta-analysis // J. Affect. Dis., 2021, vol.295, p.1251-1258.
Article Info:
Publication history
Published: 30.Apr.2025
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Staged autologous reconstruction in advanced stage breast cancer: a case report
Viewed: 193