Abstract
Researchers have proposed a relationship between pelvic shape and the size of the organs located within it. An analysis of the literature demonstrates the need for age-specific studies.The aim of this study is to analyze and evaluate the morphometric parameters of the uterus and ovaries, taking into account the characteristic features of pelvic shape at different ages (adolescence, I and II periods of adulthood).The study included 38 preparats of pelvis (7 normal and 6-6-5 narrow for each age period), preparats of uterus (38), and preparats of ovaries (74), covering various age periods. Pelviometry and statistical variation analysis were used. A statistical variation analysis was performed on the obtained parameters. In the first adulthood period, a significant difference was noted in the length of the left ovary (respectively: Xog = 48.52 mm and Xog = 31.86 mm). A slightly smaller difference was observed for the length of the right ovary. In the second adulthood stage, despite increased sensitivity (0.001 < p < 0.005), no distinct morphometric differences were identified across various pelvic forms. Based on the age-related analysis of uterine and ovarian morphodynamics in normal and narrow pelvises, it can be concluded that pelvic morphology is correlated with the morphometric parameters of female pelvic organs. Conclusion. The pelvimetric measurements confirm the existence of a relationship between pelvic form and the dimensions of female reproductive organs. This relationship holds practical importance for assessing the normal course of childbirth.
Full article
GİRİŞ Hal-hazırda instrumental müayinə metodu qadın çanaq formalarının, həmçinin cinsiyyət sistemi orqanlarının formalarını və ölçülərini öyrənməyə zəmin yaradır [2,3]. Çanağın hər hansı bir anatomik çatışmazlığı doğuşun gedişinə və nəticəsinə təsir göstərəcək müxtəlif fəsadlar yaradır. Ona görə də, çanağın, uşaqlıq və yumurtalıqların fərdi və yaş xüsusiyyətləri mama - ginekoloji praktikada doğuş öncəsi klinik taktikanın seçilməsinin proqnostik meyarları hesab olunur [1,6,10].Tədqiqatlçılar çanaq formaları ilə uşaqlıq və yumurtalıqların ölçüləri arasında müəyyən asılılığın olması barədə müəyyən nəticələr əldə etmişlər [11,12,14]. Müxtəlif yaş dövrlərində qadın çanağının formalarından asılı olaraq uşaqlıq və yumurtalıqların morfometrik parametrlərinin öyrənilməsinə həsr olunmuş elmi-tədqiqat işi yetərincə aparılmamışdır. Müasir dövrdə bu istiqamətdə elmi-tədqiqatların aparılması üçün kifayət qədər inkişaf etmiş elmi-praktik, maddi-texniki və metodoloji baza mövcuddurki, bu da belə araşdırmaların daha geniş və əsaslandırılmış şəkildə həyata keçirilməsinə imkan yaradır. Antropometrik tədqiqatlar zamanı çanağın xarici ölçüləri haqqında əldə olunan məlumatlar klinisistlər tərəfindən doğuş prosesinin proqnozlaşdırılmasında geniş istifadə olunur [12, 9, 24]. Bəzi müəlliflər qeyd edirlər ki, çanağın özünün müxtəlif ölçüləri arasında parsial korrelyasiya əlaqələrinin olmasına, həmçinin bu ölçülərlə bədənin digər antropometrik parametrləri arasında qarşılıqlı korrelyativ əlaqələrin olmasına diqqət yetirmək əhəmiyyət kəsb etmir [4]. Digər müəlliflər elmi-tədqiqat işlərində doğuş prosesi zamanı risk faktoru kimi anatomik və klinik dar çanaqların əsas rol oynadığını qeyd edirlər [1,16,17,20,19].
Hamilə qadınlarda doğuş prosesinin uzanmasına səbəb olan risk faktoru kimi 20 yaşdan aşağı ana yaşı, böyük çanağın bəzi ölçülərinin normadan kiçik olması, həmçinin ümumi bərabər daralmış və köndələn daralmış çanağın mövcudluğu göstərilir və buna görə də pelviometriyanın aparılmasının son dərəcə vacib olduğu qeyd olunur [8, 21, 22]. Buqayevski K.A. Zaparoje Tibb Universitetinin I-ci kurs tələbələri arasında (130 nəfər) çanağın antrpo-morfoloji dəyişikliklərinin əsas xüsusiyyətlətlərini tədqiq etmişdir [5]. Müayinə olunanlar üç somatip üzrə araşdırılıb və müxtəlif yaş dövrlərini əhatə etmişdir. Ginekomorf somatipli qızlarda (54 nəfər) yalnız 2 nəfərdə çanağın normal ölçüləri; 3 nəfərdə enli çanaq, 49 nəfərdə isə müxtəlif formalı dar çanaqlar müəyyən olunur. Digər somatiplərdə də anatomik dar çanaqlar arasında köndələn daralmış çanaqlar üstünlük təşkil edir. 14 yaşlı qızlarda uşaqlıq cisminin uzunluğu 41 mm, eni 2 mm, qalınlığı 32 mm, uşaqlıq boynunun uzunluğu isə 22 mm, təşkil edir. Cinsi yetişgənlik dövründə uşaqlıq armudabənzər formada olur, onun cisminin uzunluğu boynunun uzunluğundan böyük olur [23]. Elmi tədqiqat işləri arasında uşaqlıq və yumurtalıqların ölçü xarakteristikası haqqında ən geniş məlumatlar Sırova O.V tərəfindən verilmişdir. Müəllif 223 qızda antropometrik və kinik müayinələr aparmışdır. Müəyyən etmişdir ki, çanaqları tam formalaşmayan 17-19 yaşlı qızlarda uşaqlıq cisminin uzununa böyüməsi dayanır, ancaq eninə böyüməsi davam edir [25]. Bir sıra alimlər yumurtalığın morfometrik göstəricilərini yaş xüsusiyyətlərinə görə tədqiq etmişlər. Aparılan müayinələrin nəticələrinə əsasən müəyyən edilmişdir ki,16-30 yaş qruplarına aid qadınlarda yumurtalığın uzunluğu 33 mm, eni 19,9 mm, qalınlığı 13,6 mm; 31-45 yaş qruplarında uyğun olaraq 34,3 mm, 22,9 mm, 13,1 mm; 46-55 yaş qruplarında 34,8 mm, 22,8 mm, 15,3 mm təşkil edir. [13, 18, 26, 19]. Digər qrup tədqiqatçılar gənclik (90 nəfər) və yetkinlik (50 nəfər) yaşlarında olan qadınlarda uşaqlığın morfometrik göstəricilərini araşdırmış və normal qadın çanaqlarında uşaqlığın orta uzunluqlu, enli və qalın (58-62-53%): ümumi bərabər daralmış çanaqlarda orta uzunluqlu, enli və divarlarının nazik olmasını müşahidə etmişlər (43-67,5-67,7%) [30,24]. Çanaq boşluğu orqanlarının morfoloji xüsusiyyətləri müasir dövrdə də tədqiqatçılar tərəfindən tədqiq olunmaqdadır [26, 27, 28, 29]. Ədəbiyyat məlumatlarının təhlili göstərir ki, yaş aspekti baxımından bu istiqamətdə elmi - tədqiqt işlərinin aparılmasına hələ də ehtiyac vardır.Yuxarıda qeyd olunanları nəzərə alaraq biz bu elmi araşdırmanı aparmağı vacib hesab etdik.Tədqiqatın məqsədi müxtəlif yaş dövrlərində (gənclik, birinci və ikinci yetkinlik yaşları) çanaq formalarının xarakterik xüsusiyyətləri nəzərə alınmaqla uşaqlıq və yumurtalıqların morfometrik parametrlərinin təhlili və qiymətləndirilməsindən ibarətdir.
MATERİAL VƏ METODLAR Tədqiqat işinə müxtəlif yaş dövrlərini əhatə edən 38 çanaq (hər yaş dövrünə aid 7- normal və 6-6-5 dar), uşaqlıq (sayı-38) və yumurtalıq (sayı-74) preparatları daxil edilmişdir. Tədqiqatda pelviometriya və variasion statistik metodlardan istifadə edilmişdir. Alınan göstəricilərin variasion-statistik təhlili aparılmışdır.
NƏTİCƏLƏR Tədqiqata gənclik yaş qrupuna aid olan (16-20 yaşlı) 7 - normal və 6 – dar çanaq formalarında; 13- uşaqlıq və 26- yumurtalıq preparatları (14- normal çanaqda,12-dar çanaqda) daxil edilmişdir. Tədqiqatın nəticələrinə görə gənclik yaşı qrupuna aid qadınların uşaqlıq və yumurtalıqlarının morfometrik göstəriciləri arasında ən çox fərqlənən uşaqlığın uzununa ölçüləridir. Normal ölçülü çanaqlarda uşaqlığın uzunluğunun orta göstəricisi Xog=58,58 mm olduğu halda; dar çanaq formalarında orta göstərici təxminən 8 mm az olub, Xog=50,86 mm, təşkil edir (cədvəl 1). Yumurtalıqların parametrlərində disbalans özünü daha kəskin şəkildə büruzə verir. Bu zaman ən çox fərqlənən uzununa parametrlər olur ki, bu da normal çanaq formalarındakı yumurtalıq ölçülərindən üstün olur. Normal və dar çanaq formalarında sağ yumurtalıqların uzununa ölçülərinin arasındakı göstərici təxminən 1 sm-dən çox olur (11,38 mm). Lakin, sol yumurtalıqların uzununa parametrləri arasında analoji göstərici bir qədər az olur (müvafiq olaraq: Xog= 42,75 mm; Xog=32,29 mm). Qeyd olunan parametrlər üçün dispersiya göstəriciləri öyrənilən digər morfometrik göstəricilərdən fərqlənərək, daha yüksək olması ilə seçilir. Normal ölçülü çanaqlarda sağ yumurtalığın eninə ölçüsü üçün S=3,25; sol yumurtalığın uzununa ölçüsü üçün - S=3,06 müəyyən olunur. Tədqiqat zamanı normal və dar çanaq formaları arasında ən az fərq sol yumurtalığın qalınlığı (müvafiq olaraq: Xog=17,25 mm və Xog=14,11 mm) və uşaqlığın uzunluğunun morfometrik göstəricilərində müşahidə edilmişdir (müvafiq olaraq: Xog=20,20 mm və Xog=17,07 mm). Dar çanaq formalarında aparılan ölçmələr zamanı öyrənilən morfometrik parametrlər üzrə dispersiya göstəricilərinin nisbətən aşağı olduğu müəyyən edilmişdir ki, bu isə ölçülərin bir-birinə yaxın olduğunu göstərir. Belə ki, sol yumurtalığın parametri üçün dispersiya göstəricisi S=0,76; uşaqlığın boynunun uzunluq parametri üçün isə S=0,84 təşkil etmişdir. Əldə olunan nəticələrə əsasən demək olar ki, gənclik yaşı qrupunda normal ölçülü çanaqlarda uşaqlıq və yumurtalıqların morfometrik parametrlərinin variabelliyi dar çanaq formaları ilə müqayisədə daha yüksək olur. I yetkinlik yaşı qrupunda da (21-35 yaş) əvvəlki mərhələdə olduğu kimi 7- normal çanaq və 6-dar çanaq formalarında; 13- uşaqlıq və yumurtalıqların (14-normal çanaqda,12-dar çanaqda) morfometrik göstəriciləri tədqiq edilmişdir. Bu yaş dövründə normal və dar çanaq formalarında ən çox disbalans yumurtalıqların orta göstəricilərində aşkar edilmişdir. I yetkinlik yaşı dövründə fərqlənən sol yumurtalığın uzunluq parametridir (müvafiq olaraq: Xog=48,52 mm və Xog=31,86 mm). Bir qədər az fərq sağ yumurtalığın uzunluq parametri üçün müəyyən olunmuşdur (cədvəl 2). Normal ölçülü çanaqlarda sağ yumurtalığın uzunluğunun orta göstərici Xog= 49,67 mm olduğu halda; dar çanaq formalarında bu göstərici Xog=34,00 mm təşkil edir. I yetkinlik yaşı dövrünə aid normal ölçülü çanaqlarda uşaqlığın uzunluğunun orta göstəricisi Xog=73,50 mm olduğu halda: dar çanaq formalarında orta göstərici Xog=52,7mm təşkil edir. Tədqiqat nəticəsində əldə etdiyimiz göstəricilər digər alimlərin nəticələrindən ( qeyd olunan rəqəm göstəricilərinin aşağı olması) bir qədər fərqlənir [8,11]. Yuxarıda qeyd olunan parametrlərin dispersiya göstəriciləri gənclik yaşı qrupunda əldə olunan müvafiq parametrlərin statistik nəticələri ilə müqayisə olnmuşdur. Belə ki, ən çox fərqlənən parametrlərdə dispersiya göstəricilərinin yüksək olması qeydə alınmışdır. Normal ölçülü çanaqlarda sağ yumurtalığın uzunluğunun dispersiya göstəricisi S=5,16; uşaqlığın uzunluğunun dispersiya göstəricisi isə S=5,13 təşkil edir. Normal və dar çanaqlarda ən az dəyişən göstəricilər: sol yumurtalığın qalınlığının (müvafiq olaraq: Xog=19,33 mm və Xog=16,43 mm) və uşaqlığın cisminin qalınlığının (müvafiq olaraq: Xog=21,25 mm və Xog=17,64 mm) parametrləri olduğu müəyyən edilmişdir. Minimal dispersiya göstəricisi (yaş aspekti baxımından) sol yumurtalığın qalınlıq, uşaqlığın boynunun uzunluq, sağ yumurtalığın en və uşaqlığın cisminin en parametrlərində müşahidə olunmuşdur. Qeyd olunan morfometrik göstəricilər üzrə dispersiya dəyərlərinin vahiddən aşağı olması bu parametrlərin yaş qrupları üzrə nisbətən sabit və az dəyişkən olduğunu, habelə onların ölçülərində böyük variasiyanın olmadığını və nəticələrin bir-birinə yaxın olduğunu göstərir. Tədqiqata II yetkinlik yaş qrupuna aid (36-60 yaşlı) 7- normal və 5 - dar çanaq formalarında; 12-uşaqlıq və 24 - yumurtalıq (7- normal çanaqda və 10- dar çanaqda) preparatları daxil edilmişdir. Dar çanaq formalarının az müşahidə olunması öyrənilən parametrlərin dispersiya göstəricilərinə təsir edərək onun artmasına səbəb olmuşdur. Əgər əvvəlki yaş qruplarında yüksək dispersiya göstəriciləri normal ölçülü çanaqlarda müşahidə olunurdusa, bu yaş qrupunda maksimal dispersiya göstəriciləri dar çanaq formalarının bütün parametrlərində müəyyən olunmuşdur. Məsələn, dispersiya göstəriciləri sağ yumurtalığın uzunluğu üçün - S=6,67; sol yumurtalığın uzunluğu üçün - S=6,41; uşaqlığın cisminin uzunluğu üçün - S=6,07 təşkil edir. Tədqiqat apardığımız bu yaş qrupunda istər normal, istərsə də dar çanaq formalarında öyrənilən parametrlərin ölçülərində gözlənilməz nəticələr müşahidə olunmuşdur. Ən çox fərqlənən yumurtalıqların uzunluğunun orta ölçüləridir. Belə ki, sol yumurtalığın ölçülərinin (müvafiq olaraq: Xog=55,70mm və Xog=38,93 mm); sağ yumurtalığın eyni adlı ölçüləri ilə müqayisədə (müvafiq olaraq: Xog=55,70 mm və Xog=41,43 mm) artdığı müəyyən olunmuşdur (cədvəl 3). Normal və dar çanaq formalarının müqayisəli təhlili zamanı uşaqlıq cisminin uzunluq parametrləri arasında nəzərəçarpacaq fərqlər müəyyən edilmişdir. Belə ki, dar çanaq formalarında bu parametrin orta göstəricisi Xog=74,79 mm olduğu halda, normal çanaq formalarında orta göstərici Xog=85,40 mm, təşkil edir. Lakin, az fərqləndirici xüsusiyyət sağ və sol yumurtalıqların qalınlıq parametrlərində müşahidə olunmuşdur. Müəyyən edilmişdir ki, normal və dar çanaq formalarında sol yumurtalığın qalınlıq göstəriciləri arasındakı fərq təxminən 4 mm təşkil edir (müvafiq olaraq: Xog=20,20 mm və Xog=16,86 mm). Tədqiq olunan parametrlər üzrə müşahidə olunan az variasiya dispersiya göstəricilərinin də yüksək olmaması ilə xarakterizə olunur. Belə ki, sol yumurtalığın uzunluq parametrində dispersiya göstəricisi dar çanaq formaları üçün:S=1,41, normal ölçülü çanaqlar üçün isə S=1,04 müəyyən edilmişdir. Bununla belə, normal ölçülü çanaqlarda uşaqlığın uzunluq və en parametrləri üzrə minimal dispersiya göstəriciləri müşahidə olunur (müvafiq olaraq: S=0,42 və S=0,22). Hesab edirik ki, aparılan tədqiqatlar zamanı əldə olunan nəticələr normal və dar çanaq formalarında uşaqlıq və yumurtalıqların ölçüləri arasında müəyyən fərqləndirici xüsusiyyətlərin mövcud olduğunu təsdiq edir və bu fərqlərin yaş aspekti baxımından (yaş amili ilə əlaqədar) daha qabarıq şəkildə artması müşahidə olunur. Yuxarıda qeyd olunan statistik göstəricilərə əsaslanaraq hər üç yaş kateqoriyalarında müxtəlif çanaq formalarında kiçik çanaq boşluğu orqanlarının ölçüləri arasında yaranan fərqlərin etibarlılığını qiymətləndirmək məqsədilə dispersion təhlil aparılmışdır. Dispersion təhlilin nəticələri göstərmişdir ki, hər üç yaş kateqoriyaları üzrə normal və dar çanaq formalarında uşaqlıq və yumurtalıqların morfometrik parametrləri statistik baxımdan əhəmiyyətli fərqləndirici xüsusiyyətlərə malikdir (P<0,05). Xüsusilə qeyd etmək lazımdır ki, qeyd olunan fərqlər, əsasən, gənclik və birinci yetkinlik yaşı dövrlərini əhatə edir. İkinci yetkinlik yaşı kateqoriyasında həssaslığın artmasına baxmayaraq (0,001<Р<0,005) çanağın müxtəlif formalarında öyrənilən morfometrik parametrlərin əksəriyyətində əhəmiyyətli fərqlər qeydə alınmamışdır.
MÜZAKİRƏ Tədqiqat işində əldə olunan morfometrik göstəricilər müxtəlif müəlliflərin müvafiq işlərinin göstəriciləri ilə müqayisə olunmuşdur. İlk növbədə qeyd etmək lazımdır ki, aparılan pelviometriya zamanı əldə olunan göstəricilər arasında statistik baxımdan əhəmiyyətli fərq aşkar edilməmişdir [7]. Yaşlı qadınların yumurtalıqlarının (3 ölçüsü) və uşaqlığın (4 ölçüsü) parametrləri bir çox müəlliflərin qeyd etdiyi oxşar göstəricilərə uyğun olmuşdur [15]. Bizim tədqiqatların nəticələrinə görə uşaqlığın ən böyük ölçüsü onun uzunluğudur ki, bu göstərici də digər müəlliflərin əldə etdiyi müvafiq göstəricilərdən fərqlənir. [11]. Bu məlumatları nəzərə alaraq belə fikir irəli sürmək olar ki, əldə etdiyimiz göstəricilər ilə digər müəlliflərin nəticələri arasında kiçik fərqlər tədqiqata daxil edilmiş materialın yaş diapozonunun daha geniş olması ilə izah oluna bilər. Belə ki, bizim araşdırmaya 16-60 yaşa aid meyitlər daxil edilmişdir ki, bu da yaşla bağlı morfometrik variasiyaların daha geniş spektrdə əks olunmasına səbəb ola bilər.
YEKUN Aparılan morfometrik müayinələrə əsasən yaş artdıqca uşaqlıq və yumurtalıqların ölçülərində artım tendensiyası müşahidə olunur. Bu dinamika, xüsusilə, birinci yetkinlik dövründə daha qabarıq nəzərə çarpır, ikinci yetkinlik yaş kateqoriyasında isə morfometrik göstəricilər nisbətən stabilləşir və minimal fərqlərlə səciyyələnir. Yaşla bağlı morfometrik parametrlərin təhlili göstərmişdir ki, bu göstəricilər normal ölçülü çanaqlarda dəyişkən olduğu halda, dar çanaq formalarında sabit xarakter daşıyır. Eyni zamanda müəyyən olunmuşdur ki, uşaqlığın ölçüləri yumurtalıqlarla müqayisədə daha yüksək dəyişkənliyə malikdir.
Figures
Keywords
References
1.Xıdırov, E.Ə., Qanbayeva, Ş.F., İbrahimov, A.Ş. Gənclik yaşı dövrünə aid qadın çanaqlarının morfometrik səciyyəsi // – Bakı: Azərbaycan təbabətinin müasir nailiyyətləri, – 2017. №4, – s. 203-207. https://www.maamjournal.az/arxiv-nomresi/67/
2.Авдонина, А.С. Проблема клинически узкого таза в современном акушерстве // – Минск: Научные стремления, – 2013. № 5, – с. 76-79. https://cyberleninka.ru/article/n/problema-klinicheski-uzkogo-taza-v-sovremennom-akusherstve
3.Алексеев, Ю.Д, Иванхина,С.А.,Ефимов,А.А. [и др.] Возрастные морфологические изменения органов женской половой системы / // Современные проблемы науки и образования, –Москва: –2016. №.4, –с. 48-53. https://science-education.ru/article/view?id=24951
4.Белкина, А.А., Лукьяненко Р.А. Антропометрические особенности студентов Пензенского Государственнего Университета 16-21 года // – Пенза: Вестник Пензенского Государственного Университета , –2017. №1, – с. 49-53.
5.Бугаевский, К. А.Исследование анатомических и морфологических особенностей костного таза у юных спортсменок, занимающихся вольной борьбой // Материалы X Международной научно-практической конференции, посвященной памяти В.С. Пирусского, –Томск: – 17 ноябрь, –2016, –с.222-227. https://elibrary.ru/item.asp?id=28136217
6.Буланов М.Н. Б90 Ультразвуковая гинекология: курс лекций в трех томах. Том 2. – М.: Издательский дом Видар М, 2010. – 306 с. http://vidar.ru/BookImg/Bulanov_v2_ch1.pdf
7.Гайворонский, И.В.,Ниаури, Д.В., Бессонов, Н.Р. Морфологические особенности строения малого таза как предпосылки к развитию пролапса гениталий // – Курск: Курский научно-практический вестник «Человек и его здоровье», – 2018. №2, – с. 86-94. https://cyberleninka.ru/article/n/morfologicheskie-osobennosti-stroeniya-malogo-taza-kak-predposylki-k-razvitiyu-prolapsa-genitaliy
8.Дунаев, М.Г. Магнитно- резонансная томография в исследование органов малого таза // Нижний Новгород: Ремедиум Приволжье, –2018. №4-5, – с.38-40.
9.Захарова, И.С. Органные формы внематочной беременности // Сибирская медицинское обозрение, – Красноярск:– 2018. №3, – с. 105-108.
10.Калмин, О.В. Изменение антропометрических параметров женщин Пензенского региона последние девять лет // – Самара: Морфологические ведомости, – 2016. №1, – с. 33-40.
11.Киселевич, М.Ф., Слукина, В.Д., Япринцева, Е.Г. Течение беременности и родов у женщин с узким тазом // – Белгород: Научные ведомости Белгородского государственного университета, – 2012. № 4, – с. 51-54. https://cyberleninka.ru/article/n/techenie-beremennosti-i-rodov-u-zhenschin-s-uzkim-tazom
12.Кокурин, А.В. Конституциональные особенности физической подготовности студентов факультета физической культуры // Фундаментальные исследования, – Москва: – 2012. №5, – с. 163-166. https://fundamental-research.ru/ru/article/viewid=29867
13.Леванова, О.В. Железнов, Л.М. Особенности размеров женского таза в зависимости от типа телосложения и роста // – Санкт-Петербург: Морфология, – 2016, №3. – с. 123-125. https://elibrary.ru/item.aspid=26565677
14.Мерц, Э.А. Ультразвуковая диагностика в акушерстве и гинекологии: [в 2 томах] /– Москва: Медпресс-информ, – т.1. – 2011. – 720 с. https://uzi.expert/sites/default/files/DOCS/f7e25357f55ba8a64f23e990dd9d701f.pdf
15.Мочалова, М.Н., Пономарева, Ю.Н., Мудров, А.А. Современные методы диагностики и прогнозирования клинического узкого таза // – Новосибирск: Журнал акушерства и женских болезней, – 2016. №15, – с. 82-91. https://cyberleninka.ru/article/n/sovremennye-metody-diagnostiki-i-prognozirovaniya-klinicheski-uzkogo-taza
16.Мудров, В.А., Чацкис, Е.М., Нижеградцева, Д.А. Роль ултразвуковой пельвиометрии в диагностике анатомически клинически узкого таза // – Санкт-Петербург: Журнал акушерства и женских болезней, – 2017. №15, – с. 20-29. https://journals.eco-vector.com/jowd/article/view/7681
17.Ничипорук, Н.Г. Типологические индивидуальные особенности строения костного таза у взрослых женщин в норме и при пролапсе тазовых органов: / дис. кандидата медицинских наук. / – Санкт-Петербург, 2019. – 82 с. https://www.dissercat.com/content/tipologicheskie-i-individualnye-osobennosti-stroeniya-kostnogo-taza-u-vzroslykh-zhenshchin
18.Нурадилова, Д.М. Современный взгляд на проблему воспалительные заболеваний органов малого таза у женщин репродуктивного возраста // – Казань: Вестник Казанского медицинского университета, – 2015. №4, – с.23-26. https://cyberleninka.ru/article/n/sovremennyy-vzglyad-na-problemu-vospalitelnyh-zabolevaniy-organov-malogo-taza-u-zhenschin-reproduktivnogo-vozrasta-obzor-literatury
19.Чернуха, Е.А. Анатомически и клинически узкий таз // – Москва: Справочник фельдшера и акушерки, – 2016. №6, – с. 25-32.
20.Черный, О.В. Таз с анатомической и акушерской точки зрения. Плод как объект родов / Краснодар: Издательство Краснодарского государственного медицинского университета, – 2016. – 26 с. https://www.ksma.ru/cms/files/metodichka%20taz.pdf
21.Шмедык, Н.Ю., Труфанов, Г.Е., Вихтинская, И.А. Магнитно-резонансная пельвиметрня: диагностика риска клинически узкого таза и дистоции плечиков в конце третьего триместра беременности / – Москва: Проблемы женского здоровья,– 2014. № 1, – с. 44-51. https://elibrary.ru/item.aspid=22591852&ysclid=mhj0abf7m2831936106 22.Шмедык, Н.Ю., Рязанов, В.В., Козловский, С.Н. Классификация различных форм суженного таза у беременных по данным магнитно-резонансной пелвиометрии // – Москва: Российский электронный журнал лучевой диагностики,-2014. № 2, – с. 191-192. http://www.rejr.ru/volume/14/rad14.pdf
23.Смелов, С.В. Закономерности топографо-анатомических взаимоотношений подбрюшных структур таза / – Чебоксары: Вестник Чувашского университета, – 2013. №3, – с. 506-511. https://cyberleninka.ru/article/n/zakonomernosti-topografo-anatomicheskih-vzaimootnosheniy-podbryushinnyh-struktur-zhenskogo-taza/viewer 25.
24.Стрелкович Н.Н., Медведова, Н.Н., Котиков, А.Р. Конституциональные особенности формы таза женщин города Красноярска с учетом вектора времени // – Красноярск: Сибирское медицинское обозрение, – 2015. №1, –с. 51-54. https://cyberleninka.ru/article/n/konstitutsionalnye-osobennosti-formy-taza-zhenschin-goroda-krasnoyarska-s-uchetom-vektora-vremeni
25.Сырова, О.В., Загоровская, Т.М., Андреева, А.В. Взаимосвязь антропометрических параметров с размерами таза у девушек 17-19 лет // – Санкт-Петербург: Морфология, – 2008. №3, – с. 45–47.
26.Belogolovsky, I. The Effectiveness of Exercise in Treatment of Pregnancy Related Lumbar and Pelvic Girdle Pain: A Meta-Analysis and Evidence-149. Based Review //Journal of Women’s Health Physical Therapy. – 2015. 39( 2), – p.53-64. https://www.researchgate.net/publication/282629407_The_Effectiveness_of_Exercise_in_Treatment_of_Pregnancy-elated_Lumbar_and_Pelvic_Girdle_Pain
27.Camomilla, V., Bonci, T., Cappozzo, A. Soft tissue displacement over pelvic anatomical landmarks during 3-D hip movements // J Biomech. 2017, Sep 6(62), – p. 14-20. https://doi.org/10.1016/j.jbiomech.2017.01.013
28.Desseauve, D. New approaches for assessing childbirth positions.// J Gynecol Obstet Hum Reprod. – 2017. Feb;46(2), – p. 189-195. https://doi.org/10.1016/j.jogoh.2016.10.002
29.David, L., Yorkum, L., Wilson, P. Ultrasonographhic determination of transvaginal and transabdominal ovarian volume in port Harcourt, Rivers state // European Journal of Biomedical and Pharmaceutical sciences, – 2019. 6(3), – p. 37-40. https://www.researchgate.net/publication/331593682_ultrasonographhıc_determınatıon_of_transvagınal_and_transabdomınal_ovarıan_volume_ın_port_harcourt_rıvers_state
30.Kolesova, O. Vetra, J. Predictors of the narrowest pelvic cavitу diametr in live females and males // Papers on Anthropol. – 2013. 13, – p. 96-103. https://doi.org/10.12697/poa.2013.22.10
Article Info:
Publication history
Published: 14.May.2026
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
ANTIMUTAGENIC ACTIVITY OF “SUMAC FRUIT EXTRACT” IN VARIOUS CELL TYPES
Viewed: 34


